Bizimlə əlaqə

    COVID-19 pasportunun iki növü var: “COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı”.

    “COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir.

    Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin “Şəxsi Kabinetə giriş” (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə “MyGov” portalına da əlavə edilmişdir.

    “Digər xidmətlər” bölməsinə daxil olduqda ekranda “COVID-19 vaksin sertifikatı” və ya “COVID-19 immunitet sertifikatı” seçimləri əks olunur.

    Əgər vətəndaş vaksin olunubsa “COVID-19 vaksin sertifikatı”, xəstəliyə yoluxub-sağalmışsa “COVID-19 immunitet sertifikatı” seçimini etməlidir.

    Bu zaman təqdim olunan COVID-19 pasportunu elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar. Qeyd edək ki, COVID-19 pasportunun doğruluğunun sənəddə əks olunan “QR Code” vasitəsi ilə yoxlanılması da mümkündür.

    Əlavə olaraq bildirək ki, vətəndaşlar COVID-19 pasportunu “E-Təbib” mobil tətbiqi vasitəsi ilə də əldə edə bilərlər.

    Son 6 ay ərzində TƏBİB-in rəsmi sistemində COVID-19 nəticəsi pozitiv olan şəxslər E-Təbib proqramında qeydiyyatdan keçib sertifikat əldə edə bilərlər. COVID-19 pozitiv statusunuzdan 6 aydan çox müddət keçibsə, sizə sertifikat təqdim olunmayacaq.

    Qeyd! Bu material İcbati Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumata əsasən hazırlanıb.