Sağlam Həyat Klinikası haqqında
Sağlam Həyat Klinikası 2011-ci ildə ölkəmizin ikinci böyük şəhəri olan Gəncə şəhərində fəaliyyətə başlamışdır. Fəaliyyətimizin əsas hissəsini klinik laborator diaqnostikanın müxtəlif sahələri təşkil edir.
“Sağlam Həyatınız üçün çalışırıq” devizi ilə pasientlərinə xidmət edən klinikamızda bu günə qədər minlərlə insan müayinə olunaraq şəfa tapmış, sağlam həyatlarına qovuşmuşdur.
Peşəsində təcrübəli tibbi heyətlə vətəndaşların səhiyyə sektorundan gözləntilərinin əksəriyyətini qarşılamaq, daim yenilənən beynəlxalq protokollara uyğun tibbi xidmət təqdim edərək pasientlərimizin birinci seçimi olmaqdır.
Səhiyyə sektorunda gedən sürətli dəyişiklik prosesini yaxından izləmək, yenilikləri keyfiyyət standartlarına uyğun şəkildə pasientlərimizə təqdim etməkdir.