Bizimlə əlaqə

    Bədxassəli şiş xəstəliklərinin erkən mərhələdə aşkar edilməsi və müvafiq profilaktik tədbirlərin aparılmasına istiqamətlənmiş ümumi və geniş sağlamlıq müayinəsidir. Xəstəliyin erkən diaqnozu, onun müalicəsi və xəstəliyin inkişafının qarşısının alınması üçün əhəmiyyətlidir. Genetik baxımdan ailəsində bədxassəli xəstəlik riski olubolmamasından asılı olmayaraq, 40 yaşdan yuxarı hər kəsin standart Check Up müayinəsinə xərçəng skrininqinin əlavə edilməsi məsləhət görülür. Genetik baxımdan risk daşıyanların (ailəsində xərçəng xəstəliyi olanlar) isə 30 yaşdan etibarən müvafiq olaraq əlavə müayinələrdən keçmələri vacibdir. Bədxassəli şiş xəstəlikləri üçün nəzərdə tutulan Check Up ilə bu testləri icra etmək mümkündür. Bədxassəli şiş xəstəlikləri üçün nəzərdə tutulan Chek Up daxilində ailəsində uşaqlıq boynu xərçəngi olan qadınlarda ildə bir dəfə PAP smear müayinəsinin olunması, süd vəzisi xərçəngi üçün risk daşıyanların isə ultrasonoqrafiya və mammoqrafiya müayinələrindən keçmələri məsləhət görülür. Genetik risk daşıyan kişilərin ildə bir dəfə PSA testindən, tənəffüs funksiyası testi və ağciyər tomoqrafiyasından keçmələri məsləhət görülür. Bədxassəli şiş xəstəlikləri üçün nəzərdə tutulan Check Up daxilində həm kişi, həm də qadınların bütün bədən MRT-si, 50 yaşdan yuxarı şəxslərin isə kolonoskopiyadan keçmələri məsləhət görülür.