Bizimlə əlaqə

    Post-COVID Sindromu (PCS) nədir?

    COVID-19 pandemiyası indiyə qədər görünməmiş viral pnevmoniya dalğasına səbəb olmuşdur. Ən çox təsirə məruz qalanlar yaşlı kişi xəstələr və hipertoniya, piylənmə və diabet kimi yanaşı xəstəliyi olan şəxslər olmuşdur. Xəstələr asimptomatik daşıyılıcıqdan atipik pnevmoniyaya, hiper-iltihabi reaksiyaya, tənəffüs çatışmazlığına və ARDS-ə qədər müxtəlif klinik formalarla müraciət edirlər. COVID-19-da hiperkoaqulyasiya və tromboemboliya riski də əhəmiyyətli dərəcədə artır.

    Pandemiyanın başlanğıcında xəstəlikdən sağalma dövrünün Covid-19-u yüngül keçirənlər üçün 2 həftə, ağır keçirənlər üçün isə 4-6 həftə çəkdiyi düşünülürdü. Ancaq sonradan Covid-19-un 3-6 aya qədər davam edən müxtəlif şikayətlərə və sağlamlıq problemlərinə səbəb olduğu məlum oldu. Bununla bağlı Amerika Xəstəliklərin Kontrolu Mərkəzi (CDC) tərəfindən xəstəliyin aşağıdakı dövrləri müəyyən edilib:

    Kəskin infeksiya

    Post-kəskin hiperinflamasion xəstəlik (2-4 həftə)

    Gec fəsadlar (>4 həftə)

     Covid-19-un bəzi insanlarda niyə uzunmüddətli təsir göstərdiyi və ya digər sağlamlıq problemlərinə səbəb olduğu hələlik məlum deyil. Bu baxımdan insanın genetik quruluşu, yaşı, xroniki xəstəlikləri, yoluxdurucu doza, insanın immun sistemi, qəbul edilən dərmanların təsiri, daha əvvəl keçirilən infeksiyalar kimi mövzularda araşdırmalar davam edir.

    Məlumdur ki, bir çox viruslar (məsələn, herpes virusları, HIV, HCV, HBV, EBV) müxtəlif xroniki sağlamlıq problemlərinə səbəb olur. Covid-19 ilə bağlı gələcəkdə aparılacaq uzunmüddətli tədqiqatlar post-covid sindromunun səbəbini aşkar edə bilər.

    Post-COVID Sindromunun patogenezi

    Davamlı hiperinflamasion prosesin nəticəsi?

    Sahibin (xəstənin) viral rezervuarında davam edən virus aktivliyi?

    Qeyri-adekvat (yetərsiz) anticisim cavabı?

    Toxuma tropizmi, uzunmüddətli nəticələr?

    PCS Risk Faktorları

    Ağır gedişli xəstəlik

    >50 yaş

    Əsas (yanaşı) xəstəlik

    Post-COVID-19 simptomları

    Tənəffüs əlamətləri

    Kardiovaskulyar simptomlar

    Generalizə simptomlar

    Nevroloji simptomlar

    Qastrointestinal simptomlar

    Əzələ-hərəkət sistemi

    Psixiatrik simptomlar

    Qulaq Burun Boğaz simptomları

    Dəri əlamətləri

    Ümumi simptomlar

    Yorğunluq

    Nəfəs darlığı

    Öskürək

    Oynaq və əzələ ağrıları

    Yuxu pozğunluqları

    Baş ağrısı

    Yetkin yaşlı şəxslərdə COVID-19 ilə əlaqəli Multisistem İltihab Sindromu (MIS-A)

    Təsdiqlənmiş və ya şübhəli SARS-CoV-2 infeksiyasından bir neçə həftədən sonra qızdırma, iltihab

    markerlərinin yüksəlməsi və multiorqan zədələnməsidir.

    MIS-C sindromu nədir?

    Uşaqlarda Multisistem İltihab Sindromu (MIS-C) Covid-19 xəstəliyi ilə əlaqəli olduğu düşünülən ciddi bir vəziyyətdir. Covid-19 virusuna yoluxmuş uşaqların əksəriyyətində yüngül simptomlar olur. Bununla belə, MIS-C inkişaf edən uşaqlarda ürək, ağciyərlər, qan damarları, böyrəklər, həzm sistemi, beyin, dəri və ya gözlər kimi bəzi orqan və toxumalar ciddi iltihab formalaşır. Xəstəliyin əlamət və simptomları hansı orqanların zədələnməsindən asılıdır.