COVID-19 PEYVƏNDLƏRİ HAQQINDA HƏQİQƏTLƏR

Sual: COVID-19 vaksini məni COVID-19 xəstəsi edə bilərmi? Cavab: Xeyr. Ölkəmizə (planlaşdırılan) gətirilməsinə icazə verilən və tövsiyə olunan və ümumiyyətlə COVID-19 vaksinlərinin heç birində bu infeksiyaya səbəb olacaq canlı virus yoxdur. Bu o deməkdir ki, COVID-19 vaksini sizi COVID-19 xəstəsi edə bilməz. Hazırda inkişaf etdirilən bir neçə müxtəlif vaksin növü var. Bunların hamısı immun sistemlərimizə COVID-19-a […]

COVID-19 pasportu haqqında ümumi məlumat

COVID-19 pasportunun iki növü var: “COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı”. “COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin “Şəxsi Kabinetə giriş” (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə “MyGov” portalına da əlavə edilmişdir. “Digər xidmətlər” […]