Bizimlə əlaqə

    Quantiferon –TB Gold Plus (QFT-Plus)

    Uzun illərdir ki, tuberkulin dəri testi (TDT, Mantu testi), latent vərəm infeksiyası üçün skrininqdə köməkçi vasitə kimi istifadə olunur.
    Bununla birlikdə, bu testin tətbiqindəki bəzi çatışmazlıqlar alternativ metodların axtarışı və işlənməsini zəruri etdi.
    QuantiFERON-TB Gold testi Tuberkulin dəri testinə (Mantoux test, Mantu) alternativ olaraq yaradılmış T-hüceyrə əsaslı testdir.
    Mycobacterium tuberculosis complex antigenlərinə qarşı in-vitro şərtlərdə IFN-γ ifrazının təyin olunmasına əsaslanır.

    Qeyd edək ki, Quantiferon –TB Gold Plus (QFT-Plus) testi QIAGEN kitləri vasitəsilə İnci Laboratoryalarında həyata keçirilir.

    Antigen olaraq Mycobacterium tuberculosis complex spesifik ESAT-6, CFP-10-a əlavə olaraq isə TB7.7 antigeni də istifadə edilmişdir

    Bu test vərəmin diaqnostikasında son 100 ildə ən vacib yeniliklərdən biri hesab olunur. Sadə, dəqiq, etibarlı və spesifik vərəm diaqnozu testi hesab edilir. Test həm aktiv xəstəliyi, həm də latent Vərəm infeksiyasını (LTBI) müəyyənləşdirir, lakin bunları ayırd etmir.

    Müsbət nəticə vərəm xəstəliyini dəstəkləyir, lakin diaqnozun təsdiqlənməsi üçün digər vərəm diaqnostik testləri (AARB, bəlğəmin əkilməsi, rentgenoqrafiya) də aparılmalıdır. Vərəm infeksiyalarının diaqnozu üçün qızıl standart,bəlğəmin əkilməsidir

    QuantiFERON-TB Gold testinin fərqi və üstünlükləri
    Mantu testi yanlış pozitiv nəticələr verə bilər.
    –BCG peyvəndi olanlarda,
    –atipik mikobakteriyalara yoluxanlarda,
    Tətbiqində və qiymətləndirmədə xətalar görülə bilir

    Üstünlükləri:
    İnvitro şəraitdə tətbiq olunur və pasientərdə qalıcı antigenik təsir (booster reaksiyası) yaratmır
    Metodunda birdən çox antigen istifadə edilir
    Nəticələr onu dəyərləndirən mütəxəssisə görə dəyişmir
    Spektrofotometrik ölçülür
    Prosedur bir dəfə yerinə yetirilir və xəstəni bir daha görməyə ehtiyac yoxdur
    Mycobacterium tuberculosis complex üçün spesifikdir
    Nəticələr 24 saat ərzində əldə edilir
    BCG tərəfindən peyvənd olunanlarda və atipik mikobakterial infeksiyalardan təsirlənmir
    Nəticələr POSITIVE / NEGATIVE verilir