Bizimlə əlaqə

    Transferrin (Siderofilin) dəmir daşıyıcı zülaldır. Quruluşunda Fe+3 üçün yüksək affinliyə malik iki bağlanma bölgəsi var. Dəmir birləşdirmə qabiliyyəti (Total Dəmir Birləşdirmə Qabiliyyəti, TİBC) bu zülalın dəmir birləşdirmə dərəcəsinə bağlıdır.

    Normal halda birləşmə bölgələrinin hamısı dolu olmur. Yalnız 30%-ə qədərinə dəmir birləşir. Doyma qabiliyyəti kəskin dəmir çatışmazlığı zamanı 16% dən də aşağı düşərkən, izafi dəmir yükləməsi zamanı isə 45% dən yüksək olur.Transferrin neqativ kəskin faza zülalı olub iltihab, xərçəng və bəzi xəstəliklərdə səviyyəsinin azaldığı müşahidə olunur.